logo

İranda koronavirusdan daha 188 nəfər ölüb

15:15 11-07-2020 | icon 2814
İranda koronavirusdan daha 188 nəfər ölüb

İranda son 24 saat ərzində 2397 nəfər koronavirusa yoluxub, 188 nəfər isə vəfat edib. Bununla da İranda yoluxanların ümumi sayı 255 min 117 nəfərə, ölənlərin sayı isə 12 min 635-ə çatıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, xüsusi xəstəxanalarda müalicə alan 217 min 666 nəfər sağalaraq evə buraxılıb. İntensiv terapiyada müalicəsini davam etdirən 3338 nəfərin vəziyyəti ağır olaraq qalır.

İranın Qərbi Azərbaycan, Xorasan və Hörmüzqan vilayətlərində yoluxma və ölüm halları daha çoxdur.