“Sumqayıt Texnologiyalar Parkı”nın (STP) baş direktoru Emin Məmmədov öz istəyi ilə vəzifəsindən azad edilib.
YeniAvropa xəbər verir ki, bu barədə jurnalistlərə STP-dən məlumat verilib.
Bildirilib ki, baş direktorun səlahiyyətləri müvəqqəti olaraq baş maliyyə inzibatçısı Rauf Atakişiyevə həvalə olunub.
Xatırladaq ki, Emin Məmmədov müxtəlif illərdə Böyük Britaniyanın HSBC bankında, Avropa Yenidənqurma və İnkişaf Bankında, eləcə də "Express Bank" ASC-də çalışıb.
Qeyd edək ki, STP 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 225,9 milyon manatdır. Şirkət İqtisadiyyat Nazirliyinə məxsus “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin rezidentidir və ötən ilin noyabr ayından "PAŞA Holdinq" MMC-nin nəzarətinə keçib.