logo

16 şəhər və rayonda 2 gün ictimai nəqliyyat işləməyəcək

23:10 10-07-2020 | icon 2534
16 şəhər və rayonda 2 gün ictimai nəqliyyat işləməyəcək

Xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyət tətbiq edilib.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz, Goranboy və Göygöl rayonlarının ərazisində həftəsonları bütün ictimai nəqliyyatın fəaliyyəti qadağan edilir.

YeniAvropa xəbər verir ki, bununla əlaqədar bu gün gecə saat  00:00-dan 13 iyul saat 06:00-dək qeyd olunan ərazilərdə ictimai nəqliyyat işləməyəcək.

Qeyd edək ki, ilk belə məhdudiyyət ötən həftəsonu - 4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək tətbiq edilib. Növbəti məhdudiyyət isə gələn həftəsonu - 18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək nəzərdə tutulur.
Xatırladaq ki, Operativ Qərargahın qərarı ilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərləri və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz, Goranboy və Göygöl rayonlarında xüsusi karantin rejimi 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılıb.
Bununla əlaqədar Bakı metrosunun fəaliyyəti də 2020-ci il 4 iyul saat 00:00-dan 20 iyul saat 06:00-dək dayandırılıb.