logo

TƏBİB Azərbaycanda koronavirusla bağlı son durumu açıqladı

22:50 10-07-2020 | icon 2352
TƏBİB Azərbaycanda koronavirusla bağlı son durumu açıqladı

İyulun 10-da Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7576 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 552 min 311-ə çatıb.

YeniAvropa xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Hazırda müalicəsi davam etdirilən koronaviruslu xəstələrin sayı 8605-dir. Xəstələrdən 343 nəfəri reanimasiyadadır ki, onlardan da 48-i süni tənəffüs cihazına qoşulub.

Xatırladaq ki, iyulun 10-da Azərbaycanda koronavirus infeksiyasına daha 526 yoluxma faktı qeydə alınıb, 502 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış səkkiz nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 22 min 990 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 14 min 93 nəfər müalicə olunaraq sağalıb, 292 nəfər vəfat edib.