logo

Koronavirusa qarşı dərmanların ev şəraitində istifadəsi tövsiyə olunmur

19:15 10-07-2020 | icon 2380
Koronavirusa qarşı dərmanların ev şəraitində istifadəsi tövsiyə olunmur

Koronavirusa qarşı dərmanların ev şəraitində müalicə üçün istifadəsi tövsiyə olunmur. Çünki onlar kifayət qədər yan, toksik təsirlərə malik dərman maddələridir. Onlarla müalicə xəstəxana şəraitində aparılmalıdır.

 YeniAvropa xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Səhiyyə Nazirliyi Aparatının rəhbəri Nadir Zeynalov deyib.

Bununla bağlı sualı cavablandıran aparat rəhbəri deyib: “Vitaminlər və mikroelementlərə gəlincə, düşünmürəm ki, apteklərdə bununla bağlı qıtlıq olsun. Yüngül əlamətləri olan və poliklinikalarda qeydiyyata alınmış xəstələrə immun sistemini gücləndirən dərmanların, vitaminlərin, bəzi mikroelementlərin pulsuz çatdırılması təşkil olunub və bu proses davam edir. Yəni, xəstələr qeydiyyata alınır, vəziyyətləri dəyərləndirildikcə, həmin dərmanlar onların evlərinə çatdırılır”.