logo

Daha 200 soydaşımız  Gürcüstandan təxliyə ediləcək

18:32 10-07-2020 | icon 2317
Daha 200 soydaşımız  Gürcüstandan təxliyə ediləcək

Gürcüstanda qalan daha 200 Azərbaycan vətəndaşının vətənə təxliyəsi ilə bağlı hazırlıq işləri görülür.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib.

Qeyd edilib ki, vətəndaşlar iyulun 11-də koronavirusla bağlı testdən keçiriləcəklər. Nəticələr 1 gündən sonra səfirliyə təqdim olunacaq.

Test nəticələri mənfi çıxan və COVID-19 pasportu veriləcək Azərbaycan vətəndaşları iyulun 13-də xüsusi ayrılmış avtobuslarla Tbilisidən “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılacaqlar.

Qeyd edək ki, iyunun 23-də 178 Azərbaycan vətəndaşının vətənə çatdırılması təmin olunub.