logo

Hikmət Hacıyev:Prezidentin təşəbbüsü qlobal həmrəyliyə öz töhfəsini verəcək

17:59 10-07-2020 | icon 2331
Hikmət Hacıyev:Prezidentin təşəbbüsü qlobal həmrəyliyə öz töhfəsini verəcək

Hesab edirik ki, Azərbaycan prezidentinin BMT Baş Assambleyasının koronavirusla bağlı xüsusi sessiyasının çağırılması təşəbbüsü dünya ölkələrinin səylərinin səfərbər edilməsinə və qlobal həmrəyliyə öz töhfəsini verəcək.

YeniAvropa xəbər verir ki, bu fikri Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev səsləndirib.

Azərbaycanın xarici ölkələrlə əməkdaşlığından danışan prezidentin köməkçisi deyib: “Məhz bu tərəfdaşlığın nəticəsidir ki, fikir və təcrübə mübadilələrinin aparılması üçün bir sıra ölkələrdən, o cümlədən Türkiyədən, Rusiyadan Azərbaycana müxtəlif həkim briqadaları gəliblər. Həkimlər və tibbi heyət, eyni zamanda, epidemioloji siyasətin həyata keçirilməsinə məsul mütəxəssislər də ölkəmizə təşrif buyurublar və onlar azərbaycanlı həmkarları və Operativ Qərargahla fikir mübadiləsi aparırlar. Qeyd edilməlidir ki, Azərbaycan tərəfinin bu günə qədər həyata keçirdiyi bütün tədbirlər xaricdən olan mütəxəssislər tərəfindən çox yüksək qiymətləndirilir”.