logo

TƏBİB: Virusa yoluxanlarla sağalanlar arasındakı kəskin fərq azalır

17:29 10-07-2020 | icon 2401
TƏBİB: Virusa yoluxanlarla sağalanlar arasındakı kəskin fərq azalır

Bugünkü statistikaya görə, yoluxanların sayı ilə sağalanların sayının eyniləşdiyini demək olar. Yoluxanlarla sağalanların sayı arasındakı kəskin fərq azalmağa doğru gedir. Bu, onu deməyə imkan verir ki, bəlli bir sabitləşməyə nail ola bilmişik.

YeniAvropa xəbər verir ki bu fikirləri iyulun 10-da Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

Şöbə müdiri bildirib ki, bu sabitləşməyə vətəndaşların qaydalara riayət etməsi ilə nail olunub: “Cəmiyyətimizdə xəstəliyə qarşı mübarizə özünü daha yaxşı göstərir. Vətəndaşlar daha ciddi şəkildə qaydalara riayət edirlər. Bunu marketlərdə, ictimai nəqliyyatda da müşahidə etmək olar. Xəstəliyin ağırlaşmasına inanan vətəndaşların sayı daha çoxdur. Hər birimiz qaydalara riayət edərək xəstəliyə qalib gələ bilərik”.