logo

İlham Əliyev Monqolustan prezidentini təbrik etdi

16:50 10-07-2020 | icon 2408
İlham Əliyev Monqolustan prezidentini təbrik etdi

Prezident İlham Əliyev  Monqolustanın prezidenti Xaltmaaqiyn Battulqaya təbrik məktubu ünvünlayıb. 

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Məktubda deyilir: "Hörmətli cənab prezident,

Monqolustanın milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, xoş ənənələrə əsaslanan Azərbaycan-Monqolustan münasibətləri həm ikitərəfli, həm də beynəlxalq müstəvidə bundan sonra da uğurla davam edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost Monqolustan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".