logo

İranda koronavirusdan daha 142 nəfər öldü

14:34 10-07-2020 | icon 2912
İranda koronavirusdan daha 142 nəfər öldü

İranda son sutka ərzində 2262 nəfər koronavirusa yoluxub, 142 nəfər vəfat edib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Səadət Sima Lari məlumat verib.Onun sözlərinə görə,  bununla da ölkədə yoluxanların ümumi sayı 252 min 720-yə, ölənlərin sayı isə 12 min 447-yə çatıb.

Eyni zamanda, xüsusi xəstəxanalarda müalicə alan 215 min 15 nəfər sağalaraq evə buraxılıb. İntensiv terapiyada müalicəsi davam edən 3319 nəfərin vəziyyəti ağır olaraq qalır.