logo

Türkiyədə daha 18 nəfər koronavirusdan dünyasını dəyişib

21:48 09-07-2020 | icon 2905
Türkiyədə daha 18 nəfər koronavirusdan dünyasını dəyişib

Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma riskini azaltmaq üçün sistemli tədbirlərə baxmayaraq gündəlik infeksiya aşkarlanması min nəfərdən yuxarıdır.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, iyulun 9-da Türkiyə üzrə 50 min 103 nəfər testdən keçirilib.

1024 nəfərdə virus aşkarlanıb,  18 nəfər isə koronavirusdan dünyasını dəyişib, Beləliklə ölkədə məlum infeksiyadan ölənlərin sayı 5 min 300 nəfərə çatıb. Ümumilikdə indiyədək ölkə üzrə 3 milyon 832 min 623 nəfər testdən keçirilib. Onlardan 209 min 962 nəfərdə infeksiya aşkar olunub. Hazırda 1179 nəfər reanimasiyada, 399 nəfər süni nəfər aparatına qoşulmuş haldadır.

Qeyd edək ki, hazırda Türkiyədə gündəlik yoluxma sayına görə böyük şəhərlərdə,  o cümlədən, İstanbul, Ankara və İzmirdə göstəricilər yüksəkdir.