logo

Paytaxtın mərkəzi küçələrindən biri bağlanır

18:11 09-07-2020 | icon 2380
Paytaxtın mərkəzi küçələrindən biri bağlanır

Paytaxtın Həsən Əliyev küçəsində bu gün saat 23:00-dan səhər saat 06:00-dək üfüqi nişanlanma xətlərinin yenilənməsi işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən YeniAvropa-ya  bildirilib ki, bu səbəbdən sürücülərdən qeyd olunan saatlarda sözügedən istiqamətdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.