logo

İctimai Televiziya nın 7 əməkdaşı koronavirusa yoluxub

16:30 09-07-2020 | icon 2380
İctimai Televiziya nın 7 əməkdaşı koronavirusa yoluxub

Bu günədək İctimai Televiziya və Radio Yayımları Şirkətinin(İTV) əməkdaşları arasında yoluxma şübhəsi olan 7 nəfərin test nəticəsi pozitiv çıxıb.

 YeniAvropa xəbər verir ki, bu barədə  İTV-nin mətbuat xidmətinin rəhbəri Aynurə Asimqızı məlumat verib. Onun sözlərinə görə, iyun ayında COVID-19 diaqnozu qoyulan və xəstəxanada müalicə alan iki əməkdaş sağalaraq evə buraxılıb.

"Hazırda digər əməkdaşlardan üçü ev şəraitində, bir nəfər isə xəstəxanada müalicə almaqdadır.Onu da qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkətində pandemiya elan edilən gündən gücləndirilmiş qoruyucu tədbirlər həyata keçirilməkdədir. Operativ Qərargahın bununla bağlı təlimatlarına uyğun olaraq şirkətin inzibati binası mütəmadi dezinfeksiya edilir, binaya daxil olan hər kəsin bədən hərarəti ölçülür, əməkdaşlar xüsusi dezinfeksiyaedici mayelər və qoruyucu maskalarla təmin edilir”, - deyə İTV-nin mətbuat katibi vurğulayıb.