logo

Polis Yardımlıda 15 tondan artıq çətənə kolunu məhv etdi

16:10 09-07-2020 | icon 2282
Polis Yardımlıda 15 tondan artıq çətənə kolunu məhv etdi

Daxili işlər orqanlarının əməkdaşları yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkarlanaraq məhv edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Yardımlı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Alar kəndi ərazisində 1550 hektar sahədə yabanı halda bitmiş 15 ton 200 kiloqram çəkidə 38 min 750 çətənə kolu aşkarlanıb. Həmin çətənə kolları məhv edilib.