logo

Paytaxtın meri itkin düşüb

15:58 09-07-2020 | icon 2982
Paytaxtın meri itkin düşüb

Cənubi Koreyanın paytaxtı Seulun meri Park Von-sun itkin düşüb.

 YeniAvropa xəbər verir ki, bu barədə yerli "Yonhap" agentliyi məlumat yayıb. Dövlət agentliyinin məlumatında bildirilir ki, paytaxt polisi merin itkin düşməsi barədə xəbəri aldıqdan sonra onun axtarışına başlayıb.

Bildirilir ki, Park Von-sunun qızı yerli vaxtla saat 17:17-də (Bakı vaxtı ilə 12:17) polisə zəng edərək, atasının 4-5 saat əvvəl evdən çıxdığını, o vaxtdan bəri telefonuna zəng çatmadığını bildirib. Mer evdən çıxarkən vəsiyyətə bənzər fikirlər söyləyib.

Hazırda paytaxt polisi səfərbər olaraq meri axtarır. Axtarış işlərinə xüsusi itlər və dronlar cəlb olunub.