logo

DİN kənd təsərrüfatı sektorunda əməliyyat keçirdi:çoxlu həbslər var

14:10 09-07-2020 | icon 2464
DİN kənd təsərrüfatı sektorunda əməliyyat keçirdi:çoxlu həbslər var

Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) kənd təsərrüfatı sahəsində ayrılan dövlət pullarını mənimsəməkdə şübhəli bilinən vəzifəli şəxslərə qarşı əməliyyat keçirir.

 YeniAvropa xəbər verir ki, BMCMİ əməkdaşları kənd təsərüfatına dəstək üçün dövlət tərəfindən ayrılan subsidiyaları mənimsəyən vəzifəli şəxslərə qarşı genişmiqyaslı əməliyyata başlayıb.

Məlumata görə, əməliyyatda Kənd Təsərüfatı Nazirliyinin əməkdaşları da iştirak edir.

İlkin məlumatlara görə, aqrar sahəyə ayrılan dövlət subsidiyasının mənimsənilməsi faktları üzrə, elədcə də, Azərbaycanın müxtəlif rayonlarında gübrə təchizatı ilə məşğul olan özəl şirkətlərin onlarla vəzifəli şəxsi həbs olunub.

Yaxın vaxtlarda əməliyyatla bağlı DİN və Kənd Təsərrüfatı Nazirliyi rəsmi məlumat yayacaq.