logo

İlham Əliyev müdafiə nazirinin müavinini vəzifədən azad edib

12:31 09-07-2020 | icon 3038
İlham Əliyev müdafiə nazirinin müavinini vəzifədən azad edib

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamı ilə general-leytenant Fuad Məmmədov müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.

YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilib ki, general-leytenant F.Məmmədov müdafiə nazirinin əmri ilə Nazirlikdə müvafiq vəzifəyə təyin edilib.

Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi vəzifəsinin icrası müvəqqəti olaraq  general-leytenant Nizam Osmanova həvalə edilib.

0-2Qeyd edək ki, yeni təyinata qədər Nizam Osmanov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi vəzifəsində xidmət edib.Bundan əvvəl isə o, 2004-2013-cü illərdə I Ordu Korpusunun komandiri vəzifəsində xidmət edib.Həmçinin, 2015-ci ilin yanvarında general-leytenant Nizam Osmanov Müdafiə Nazirliyində Baş İdarə rəisi vəzifəsinə təyin olunub.