logo

Oqtay Şirəliyevlə bağlı ilginc iddialar 

12:12 09-07-2020 | icon 4452
Oqtay Şirəliyevlə bağlı ilginc iddialar 

"Yadınızdadırsa, mart ayında koronavirus testləri ilə əlaqədar Səhiyyə nazirliyinə 38 milyon manat vəsait ayrılmışdı. Dövlət büdcəsindən isə 2020-ci il üçün 2 milyard manatdan çox vəsait ayrılıb. Bəs siz azərbaycanlılar bunu öz həyatınızda hiss edirsinizmi? Yox, əlbəttə ki, çünki sizin adı olub, özü olmayan Səhiyyə naziriniz Oqtay Şirəliyev o vəsaitləri villalarına xərcləyib”.

YeniAvropa xəbər verir ki, bu barədə jurnalist Həbib Müntəzir "Facebook"da status paylaşıb.

Araşdırmaçı jurnalist daha sonra yazır: "Bu gördüyünüz 500 kv.metrlik villa Şüvəlanda yerləşir. İçərisində kiçik hovuzu və buta ornamentli qazonu var, güya ki, millidir. Səhiyyəni məhv edən Oqtayın Qubanın Qələdüz kəndində milyonluq malikanəsi olduğu da deyilir. Vitse prezident Mehriban Əliyevanın yaxın qohumu olan 15 illik nazir, səhiyyəni o qədər çökdürüb ki. özü belə özünü Azərbaycan həkimlərinə etibar etmir, Almaniyanın Erlangen şəhərində müalicə alır...  Google Maps: https://goo.gl/maps/nGggH6SqgnZe3E2z5".