İqtisadiyyat Nazirliyi: 5791 obyektdə sanitar-epidemioloji tələblər pozulub
İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində monitorinqləri davam etdirir.
Nazirliyin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət məqsədilə iyulun 7-da keçirilmiş monitorinqlər zamanı Suraxanı rayonunda “Tatlı şirniyyat mağazası”nda, “Xəzər market”də, “Ballı market”də, “Zəngəzur market”də, “Stop market”də, “Ordubad market”də, Xətai rayonunda “Sərfəli market”də, “Avtobest mağazası”nda, “Flora gül dünyası” mağazasında, “Çinar market”də, Binəqədi rayonunda “1001 xırdavat” mağazasında, “Qalası market”də, Nərimanov rayonunda “Dərələyəz market”də, “Şərur market”də, Tərlan Suvarova məxsus ərzaq mağazasında, Nizami rayonunda “Luksmart market”də, “Xırdavat mağazası”nda, “Ruslan 93 market”də, Qaradağ rayonunda İlqar Xəlilova məxsus “Telefon aksesuarları” mağazasında, Xəyalə Əzizliyə məxsus ərzaq mağazasında, Sabunçu rayonunda “Ay store market”də, “Nur market”də, “İstanbul kafe”də, Təhmasib Məmmədova məxsus “Uşaq aləmi” mağazasında, Səbail rayonunda “Yeni market”də, “Kafe Fryday”də, Yasamal rayonunda “Bol market”də, “Dost market”də, “Yeni market”də, “Super toys” MMC-yə məxsus oyuncaq dükanında, Camal Camalova məxsus ərzaq mağazasında, Nəsimi rayonunda “Antep lahmacun”da, “Loğman aptek”də, Xəzər rayonunda Telman Abdulova məxsus tikinti materialları mağazasında, Gəncə şəhərində “Al market”də, ”Şamaxı rayonunda “888/1 market”də, “Cənnət Məkan Restoran”da, Lənkəran rayonunda “Girdəni Telecom”, “Sultanlar Mebel” mağazalarında, Sultan Sultanova məxsus “İnşaat malları” mağazasında, Füzuli rayonunda Qətibə Əzimovaya, Böyükkişi Ağakişiyevə və Teymur Mustafayevə məxsus “Market”lərdə, Adil Əmirova məxsus “Kafe”də, Bərdə rayonunda “Sizin market”də, “Piramida market”də, “Aptek Dokta”da, “Aptek Avro-1”də, Qusar rayonunda “Uşaq aləmi”, “Ucuzluq geyim satışı” mağazalarında, İlham Kübərova məxsus "Kafe"də, ümumilikdə monitorinq aparılmış 534 obyektin 231-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.
Nəzarət tədbirləri zamanı xidmət personalının və istehlakçıların qoruyucu vasitələrdən istifadəsinin, sosial məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyi bir daha sahibkarların diqqətinə çatdırılıb və tələblərin pozulması hallarına yol veriləcəyi halda, ciddi tədbirlərin görüləcəyi barədə məlumatlandırılıblar.
Xəbər verdiyimiz kimi, Azərbaycan prezidentinin 2020-ci il 3 iyul tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinə dəyişiklik edilərək sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək kimi əlavə səlahiyyətlər verilib.
İyulun 4-7-də 1207 müəssisə və obyektdə monitorinq aparılıb, bu obyektlərin 337-də epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib və nöqsana yol vermiş vergiödəyiciləri barədə İnzibati Xətalar Məcəlləsinin 211.1 və 211.2-ci maddələri ilə protokollar tərtib olunub.
Qeyd edək ki, mayın 22-dən iyulun 8-dək monitorinq aparılmış 12 min 353 sahibkarlıq subyektindən 5791-də zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkar edilib.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq