logo

"AZAL" Dubaydan Bakıya 186 soydaşımızı gətirdi

21:57 08-07-2020 | icon 2100
"AZAL" Dubaydan Bakıya 186 soydaşımızı gətirdi

İyulun 8-də Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Dubaydan çarter reysi yerinə yetirərək 186 həmyerlimizi vətənə çatdırıb.

 YeniAvropa xəbər verir ki, bu barədə "AZAL"dan bildirilib.Qeyd edilib ki, yalnız reysdən əvvəl 48 saat ərzində COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb. Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdırlar.

AZAL-ın çarter reysləri Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir.