logo

Qubada içində 7 həkim olan təcili yardım maşını aşdı

17:50 08-07-2020 | icon 20426
Qubada içində 7 həkim olan təcili yardım maşını aşdı

İyulun 8-də Quba rayon Mərkəzi Xəstəxanasından növbədən qayıdan Xudat şəhər Mərkəzi Xəstəxanasının həkimlərinin olduğu “UAZ” markalı avtomobil qəzaya uğrayıb.

YeniAvropa xəbər verir ki, hadisə Bakı-Quba avtomobil yolunun Quba rayonunun Atuc kəndi ərazisindən keçən hissəsində baş verib.

Avtomobilin yoldan çıxaraq aşması nəticəsində 7 tibb işçisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 5 nəfərinin xəsarətləri yüngül olduğundan ilkin tibbi yardım göstərilərək ambulator müalicəyə göndərilib. 2 nəfər həkim isə xəstəxanada müalicə alır.

Faktla bağlı araşdırma aparılır.