logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb

12:55 08-07-2020 | icon 1897
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 15 cinayətin üstünü “isti izlər”lə açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya  bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış üç cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 14 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş beş ağır yol-nəqliyyat hadisəsi nəticəsində altı nəfər ölüb, bir nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli üç fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.