logo

Xaçmazda FHN-in maşını qəza törətdi, 2 nəfər  yaralanandı

11:08 08-07-2020 | icon 19047
Xaçmazda FHN-in maşını qəza törətdi, 2 nəfər  yaralanandı

Fövqəladə Hallar Nazirliyi (FHN) Xaçmaz rayonunda yanğınsöndürmə avtomobilinin qəzaya düşməsi ilə bağlı məlumata münasibət bildirib.

 YeniAvropa xəbər verir ki, FHN-in mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva bildirib ki, yanğın çağırışı ilə əlaqədar hərəkətdə olan Xaçmaz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürmə avtomobili “VAZ 2101” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

Qeyd edək ki, hadisə Bakı-Gəndov-Yalama yolunun Xaçmaz rayonunun Mürşüdoba kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, çağırışa gedən FHN-in Xaçmaz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin avtomobili əks istiqamətdə hərəkətdə olan  "VAZ 2101" markalı minik avtomobilinə çırpılıb.
Hadisə nəticəsində "VAZ"ın sürücüsü, 1988-ci il təvəllüdlü İslamov Sahib Məcnun oğlu və sərnişini 1989-cu il təvəllüdlü Murad Vidadi oğlu Səfiyev xəsarət alıblar
Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılan hər iki şəxsə baş-beyin silkələnməsi, üzün çoxsaylı cırıqları diaqnozu qoyulub.
S.İslamovun vəziyyəti ağır olduğundan o, reanimasiyaya yerləşdirilib.