logo

Baş həkim də koronavirusa yoluxdu

20:53 07-07-2020 | icon 2093
Baş həkim də koronavirusa yoluxdu

Azərbaycanda daha bir həkim COVID-19-a yoluxub.

 YeniAvropa xəbər verir ki, Beyləqan rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əli Məmmədovun koronavirus testinin nəticəsi müsbət çıxıb.

O, müalicə üçün Bakıdakı Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

Əli Məmmədovun qohumları sosial şəbəkələrdə paylaşım edərək, onun vəziyyətinin qənaətbəxş olduğunu  bildirblər.