logo

Azərbaycanda daha 537 nəfər koronavirusa yoluxdu, 7 nəfər öldü

18:55 07-07-2020 | icon 2156
Azərbaycanda daha 537 nəfər koronavirusa yoluxdu, 7 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasına daha 537 yoluxma faktı qeydə alınıb, 453 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 21 min 374 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 12 min 635 nəfər müalicə olunaraq sağalıb, 265 nəfər vəfat edib. Aktiv xəstə sayı 8474 nəfərdir.

Ötən müddət ərzində 529 min 875 test aparılıb. Bugünkü test sayı isə 7102-dir.