logo

ATV-nin daha bir neçə əməkdaşı koronavirusa yoluxdu

16:30 07-07-2020 | icon 2037
ATV-nin daha bir neçə əməkdaşı koronavirusa yoluxdu

"Azad Azərbaycan” Televiziyasının (ATV) bir neçə əməkdaşı koronavirusa yoluxub.

YeniAvropa xəbər verir ki, bu barədə ATV-dən bildirilib. Yoluxanlar arasında şirkətin baş mühasibi, hüquqşünas, baş operator da var. 

Qeyd edək ki, bundan əvvəl, xəbərlər departamentinin bir neçə əməkdaşı bu vurisa yoluxub. Şirkətdən verilən məlumatda qeyd edilib ki,  xəbərlər departamentində bu virusa yoluxan əməkdaşlar artıq müalicə olunaraq sağalıblar.