logo

Qubaya icazəsiz istirahətə gədənlər cərimələndilər

15:15 07-07-2020 | icon 2135
Qubaya icazəsiz istirahətə gədənlər cərimələndilər

Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları istirahət məqsədilə rayona gələn sürücülərə qarşı reyd keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan YeniAvropa-ya  bildiriblər ki, polis inspektorları tərəfindən sürücülər saxlanılır, sənədləri yoxlanılır. Onların arasında çalışdıqları dövlət idarələri və müəssisələri tərəfindən verilmiş xüsusi icazələrdən sui-istifadə edənlər, həmçinin heç bir icazəsi olmayanlara da rast gəlinib.

Reyd zamanı sərtləşdirilmiş karantin rejimi elan edilən Bakı şəhəri, eləcə də digər rayonlardan qaydaları pozaraq şəxsi nəqliyyat vasitələri ilə istirahətə gələn sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokollar tərtib olunub.

Bu istiqamətdə tədbirlər Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən qarşıdakı günlərdə də davam etdiriləcək.