logo

Azərbaycanda məşhur klinikanın 33 həkimi virusa yoluxub

12:56 07-07-2020 | icon 2261
Azərbaycanda məşhur klinikanın 33 həkimi virusa yoluxub

Son iki həftədə Azərbaycan Tibb Universiteti (ATU) Tədris Cərrahiyyə klinikasının 33 tibb işçisi COVİD-19-a yoluxub.

YeniAvropa xəbər verir ki, bu barədə ATU-nun mətbuat xidmətindən məlumat veriblər.

Bildirilib ki, hazırda 27 həkim müalicə alır: “6 nəfər xəstəxanadan buraxılıb. Yoluxanlardan 21-i reanimasiya şöbəsinin həkimləridir. İndi onlardan 6-sının vəziyyəti ağır, 15-nin orta, 6-nın isə qənaətbəxşdir. Onları öz həkimlərimiz müalicə edirlər".