logo

Astarada toy edən bəy və qonaqları cərimələndi

12:08 07-07-2020 | icon 2170
Astarada toy edən bəy və qonaqları cərimələndi

Astara rayon Polis Şöbəsinə şəhər sakini Elçin Şiriyevin oğluna toy mərasimi təşkil etməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan YeniAvropa-ya verilən məlumata görə, dərhal polis əməkdaşları sözügedən ünvana gedərək toy mərasimini dayandırıblar.

Bəy Azad Şirizadə və digər qonaqlar saxlanılaraq polis şöbəsinə gətiriliblər. Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. E. Şiriyev barəsində toplanmış materiallar məhkəməyə göndərilib, karantin rejiminin tələblərini pozduqları üçün 7 nəfər isə barəsində protokol tərtib edilərək cərimə olunublar.