logo

TƏBİB Azərbaycanda koronavirusla bağlı son durumu açıqlayıb

20:53 06-07-2020 | icon 2177
TƏBİB Azərbaycanda koronavirusla bağlı son durumu açıqlayıb

Bu gün Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6240 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 522 min 773-ə çatıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Qeyd edilib ki, hazırda müalicəsi davam etdirilən koronaviruslu xəstələrin sayı 8397-yə bərabərdir. Xəstələrdən 343 nəfəri reanimasiyadadır ki, onlardan da 60-ı süni tənəffüs cihazına qoşulub.

Xatırladaq ki, iyulun 6-da Azərbaycanda koronavirus infeksiyasına daha 513 yoluxma faktı qeydə alınıb, 440 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış səkkiz nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 20 min 837 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən olunub. Onlardan 12 min 182 nəfər müalicə olunaraq sağalıb, 258 nəfər vəfat edib.