logo

"Qızılağac" Milli Parkında yanğın başlayıb

17:59 06-07-2020 | icon 1981
"Qızılağac" Milli Parkında yanğın başlayıb

Bu gün Lənkəran rayonu Balıqçılar qəsəbəsindəki taxıl zəmisində baş verən yanğın sonradan külək nəticəsində "Qızılağac" Milli Parkının ərazisinə keçib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən YeniAvropa-ya verilən məlumata görə, yanğının söndürülməsinə dərhal milli parkın əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələri cəlb olunub.

Hazırda yanğının ətraf ərazilərə yayılmaması və söndürülməsi istiqamətində işlər aparılır.

Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN isti yay günlərində əhalini biçindən sonra əkin sahələrini yandırmamağa və odla ehtiyatlı olmağa çağırır.