logo

DTX-nın XİN-də həbs etdiyi məmur sabiq nazir Natiq Əliyevin qudası çıxdı

15:32 06-07-2020 | icon 5572
DTX-nın XİN-də həbs etdiyi məmur sabiq nazir Natiq Əliyevin qudası çıxdı

Dövlət Təhlükəsizliyi Xidmətinin Xarici İşlər Nazirliyində apardığı əməliyyat nəticəsində həbs olunan İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə 2010-cu ildə keçirilən "Eurovision" mahnı müsabiqəsinin iştirakçısı, məşhur müğənni Safura Əlizadənin atasıdır.

YeniAvropa xəbər verir ki, DTX-nın məlumatına əsasən, Səlim Əlizadə XİN-in təsərrüfat tələbatları üzrə malların alınması, işlərin görülməsi üçün hesablarına pul köçürülən sahibkarlardan həmin vəsaitin müəyyən hissəsi dəyərində rüşvət alıb.

Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki,  Safura Əlizadə 2013-cü ildə mərhum energetika naziri Natiq Əliyevin oğlu ilə Fərhadla Türkiyənin Bodrum şəhərində ailə həyatı qurub. Bir oğlanları var.