logo

Nəsimi rayonunun bir hissəsində içməli su olmayacaq

14:32 06-07-2020 | icon 1988
Nəsimi rayonunun bir hissəsində içməli su olmayacaq

Nəsimi rayonunun bir hissəsinə içməli suyun verilməsi dayandırılıb.

YeniAvropa xəbər verir ki, bu barədə “Azərsu” ASC-dən bildirilib. Qeyd edilib ki,  Bakının Nəsimi rayonunun ərazisində magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar iyulun 6-da Nəsimi rayonunun bir hissəsinə (əsasən şəhərin mərkəzi küçələrinə) içməli suyun verilməsi müvəqqəti dayandırılıb. Gün ərzində qəzanın aradan qaldırılması və su təchizatının bərpa edilməsi planlaşdırılır.