logo

İlham Əliyev və xanımı daha bir modul tipli hospitalın açılışında olublar 

13:58 06-07-2020 | icon 2618
İlham Əliyev və xanımı daha bir modul tipli hospitalın açılışında olublar 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyulun 6-da Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak ediblər.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Tibb ocağında yaradılan şəraitlə tanışlıqdan sonra dövlət başçısı daha sonra AzTV, İTV və “Xəzər” TV-yə müsahibə verib.

Xatırladaq ki, bundan əvvəl Bakının Nəsimi rayonunda və Sumqayıtda analoji xəstəxanaların açılışı olub.