Sərt karantində hoteldə dincəlmək qudurğanlıqdır- deputat
“Karantin rejiminin pozulması həm də mədəniyyət məsələsidir, cəmiyyətə hörmətsizlikdir”.
YeniAvropa xəbər verir ki, bu barədə “Yeni TV”nin efirində Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev xüsusi karantin rejimində yas və toy mərasimi keçirən, hovuzlarda istirahət edən vətəndaşlarla bağlı sualı cavablandırarkən deyib.
O bildirib ki, Azərbaycanda hüzür məclislərinin keçirilməsi ilə bağlı yaxşı ənənə var. Deputatın fikrincə, bu, o demək deyil ki, ağır bir məqamda çadır qurub, insanları ora dəvət edəsən.
“Sən yüzlərlə insanın xəstələnməsinə bais olursan. Sən o yası verirsən ki, gəlib ölünə rəhmət oxusunlar. Əgər bu rəhmət olmayacaqsa, əvəzində insanlar xəstəliyə tutulacaqsa, ölünün ruhu da dinc olmayacaq”, - deyə M.Quliyev əlavə edib.
Millət vəkilinin sözlərinə görə, qanun hər yerdə birincidir və vətəndaş ona riayət etməlidir:“Telefonla, sosial şəbəkə vasitəsilə, qəzetdə də başsağlığı vermək olar. İnsanlar yasa toplaşmaqla, ehsan verməklə, nə Allahın ölüyə münasibəti dəyişəcək, nə də ölünün yeri yumşaq olacaq”.
M.Quliyev “Fairmont Bakı” hotelində karantin rejiminin pozulmasından da danışıb:“Bu, bir tərəfdən ola bilsin ki, məsuliyyətsizlikdir. Digər tərəfdən isə qudurğunlaqdır. Bu, cəmiyyətə meydan oxumaqdır. Belə bir vaxtda sən gedib bayram edirsənsə, bu, nonsensdir. Burada bayram əhval-ruhiyyəsi yoxdur. Camaat koronavirusla ölüm-dirim mübarizəsi aparır. Deyirsən ki, mən gedib hovuzda dincəlməliyəm. Bu mənəviyyat məsələsidir, qınanmalıdır”.
Qeyd edək ki, iyunun 5-də “Fairmont Bakı” otelində xüsusi karantin rejimi qaydalarına əməl edilməyən, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan görüntülərlə bağlı müvafiq nəzarət-profilaktik tədbir keçirilib.
Səbail RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə yayılan videoda əks olunan şəxslər müvafiq polis idarəsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub.
Payızda Azərbaycan ilə Ermənistanın baza prinsipləri üzrə razılığa gəlməsi ehtimalı var
QDİƏT-in turizm üzrə toplantısında “Bakı Bəyannaməsi” qəbul edilib
Astara sakinindən 51 kq narkotika götürülüb
COP29-a görə Vergi Məcəlləsinə dəyişiklik ediləcək
İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda iştirak edir
"EURO-2024"ü idarə edəcək hakimlər arasında Türkiyə təmsilçisi də var
Sabah Bakıda 29° isti olacaq
Azərbaycanda spirtli içkilərin illik istehsali 20 min dekalitr olacaq
Yevlaxda uşaq bağçasındakı qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
Azərbaycan Albaniya ilə viza rejimini aradan qaldırır
Azərbaycanla Türkiyə gəlirlərə görə ikiqat vergitutma aradan qaldırır
Azərbaycan-Ermənistan dövlət sərhəddinin dəqiqləşdirilməsinə başlanıldı
Milli Məclisdə 18 məsələ müzakirəyə çıxarılıb
3 ayda Azərbaycanda 1,8 ton narkotika dövriyyədən çıxarılıb
Goranboyda zəlzələ olub
Culfada “Chevrolet” “Tofaş”la toqquşub: 2 ölü, 2 yaralı var
Xankəndidə silah-sursat aşkarlanıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
Azərbaycan nefti 88,30 dollara satılır
Daha 39 ailə Füzuliyə köçürülüb
Faktiki hava:Bölgələırdə şimşək çaxıb,yağış və sulu qar yağıb
İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Çexiyaya rəsmi səfərə gedib
Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər
Faktiki hava: Oğuz və İsmayıllıya dolu düşüb