logo

MN: Azərbaycan ərazisindən İrana qarşı heç bir addım atılmayacaq

12:55 06-07-2020 | icon 2226
MN: Azərbaycan ərazisindən İrana qarşı heç bir addım atılmayacaq

Azərbaycanın Müdafiə Nazirliyi İrana hava zərbələri endirdiyi iddia edilən və Rusiyanın “Konteyner” RLS-i tərəfindən aşkarlanan naməlum hərbi təyyarələrin Azərbaycanın hava məkanından istifadə etmələri barədə yayılan məlumatlara münasibət bildirib.

YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. Qeyd edilib ki, ermənipərəst qüvvələrin yaydığı bu xəbərin heç bir əsası yoxdur : "Bu, yalandır. Bu cür məlumatın yayılması Azərbaycan-İran münasibətlərinə xələl gətirmək məqsədi güdür. Tamamilə aydındır ki, iki ölkə arasında xoş münasibətlərə zərər vurmaq məqsədilə yayılmış məlumat şər və böhtandan başqa bir şey deyil.

Azərbaycan ərazisindən qonşu ölkə olan İran İslam Respublikasına qarşı indiyədək heç bir addım atılmayıb və bundan sonra da atılmayacaq”, - deyə Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.