logo

Xaçmazda karantin rejimində toy etmək istəyən şəxslər saxlanılıblar

11:48 06-07-2020 | icon 1974
Xaçmazda karantin rejimində toy etmək istəyən şəxslər saxlanılıblar

Xaçmazda sərtləşdirilmiş karantin rejiminin ilk günündə toy mərasimi etmək istəyən şəxslər saxlanılıblar.

 YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan bildirilib. Qeyd edilib ki, iyulun 5-də Xaçmaz rayon Polis Şöbəsinə (RPŞ) və Yalama Polis Bölməsinə (PB) rayonun Yalama kəndi ərazisində yerləşən evlərin birində toy mərasimin keçirilməsi barədə məlumat daxil olub. Dərhal RPŞ-nin və PB-nin əməkdaşları adıçəkilən ünvana gələrək toy mərasimini dayandırıblar, bəy Şahverdi Rüstəmov və digər qonaqlar saxlanılaraq polis bölməsinə gətiriliblər.

Bölmədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub. Ş.Rüstəmov və məclisdə iştirak edən 14 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.