logo

"Hyatt Regency Baku” hotelində də karantin rejimini sayan yoxdur

10:32 06-07-2020 | icon 2401
"Hyatt Regency Baku” hotelində də karantin rejimini sayan yoxdur

Bakıda karantin qaydalarının pozulması ilə bağlı növbəti video yayılıb.

YeniAvropa xəbər verir ki,sosial şəbəkələrdə paylaşılan görüntülər "Hyatt Regency Baku” hotelində lentə alınıb. Videogörüntülərdə insanların hotelin hovuzu ətrafında istirahət etməsi əks olunub.

Xatırladaq ki, dünən xüsusi karantin rejiminin "Fairmont Baku” hotelində də pozulması ilə bağlı görüntülər yayılmışdı. Video yayıldıqdan sonra polisin keçirdiyi əməliyyat zamanı həmin şəxslər saxlanılmışdı.

"Hyatt Regency Baku” hotelində çəkilən görüntüləri təqdim edirik: