logo

Yeni Qərbi Azərbaycan-İrəvan dövlətinn bayrağı qəbul edildi

22:34 04-07-2020 | icon 1106
Yeni Qərbi Azərbaycan-İrəvan dövlətinn bayrağı qəbul edildi

Hazırda Mühacir Qərbi-Azərbaycan (İrəvan) Hökumətinin iclası keçirilir.

YeniAvropa xəbər verir ki, bu barədə Türkiyədə yaşayan azərbaycanlı siyasətçi Aqil Səmədbəyli məlumat verib. O bildirib ki, iclasda Qərbi Azərbaycan-İrəvan dövlətinin bayrağı qəbul edilib.

"4 iyun – Bayraq günü kimi təsdiqləndi. Vətənə, millətə xeyirli olsun”, – deyə Aqil Səmədbəyli yazıb.

Xatırladaq ki, Mühacir Qərbi Azərbaycan Respublikası Türkiyənin Ərciyəz Universitetinin professoru Qafar Çaxmaqlının təşəbbüsü ilə elan edilib.

Artıq mühacir hökumət də formalaşıb.