logo

İspaniya Aİ-dən kənar 12 ölkənin vətəndaşları üçün sərhədlərini açdı

15:28 04-07-2020 | icon 1295
İspaniya Aİ-dən kənar 12 ölkənin vətəndaşları üçün sərhədlərini açdı

İspaniya Avropa İttifaqına daxil olmayan 12 ölkənin vətəndaşları üçün iyulun 4-dən sərhədləri açıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, Avropa İttifaqı Şurasının tövsiyə etdiyi siyahıya bu ölkələr daxildir: Gürcüstan, Serbiya, Avstraliya, Kanada, Yaponiya, Monteneqro, Yeni Zelandiya, Ruanda, Cənubi Koreya, Tailand, Tunis və Uruqvay.

Aİ Şurasında qeyd ediblər ki, hər bir konkret dövlətdə mövcud epidemioloji vəziyyətdən asılı olaraq ölkələrin siyahısına iki həftədə bir dəfə yenidən baxılacaq.

İspaniyanın Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə Çin, Mərakeş və Əlcəzair üçün də sərhədləri aça bilər, bu şərtlə ki, həmin ölkələr də ispanlar üçün sərhədlərini açsınlar.

Xatırladaq ki, İspaniya Şengen zonası ölkələrindən olan sərnişinlər üçün sərhədləri iyunun 21-dən, Portuqaliya üçün isə iyulun 1-dən açıb.