logo

Mingəçevirli həkim koronavirusdan sağaldı, sonra da öldü

14:55 04-07-2020 | icon 812
Mingəçevirli həkim koronavirusdan sağaldı, sonra da öldü

Mingəçevirdə koronavirusa yoluxan həkim vəfat edib.

 YeniAvropa xəbər verir ki, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının həkimlərindən olan travmatoloq-ortoped Əlipənah Hüseyn oğlu Qarayev 3 iyul tarixində axşam saatlarında yaşadığı evdə vəfat edib.

Xəstəxanadan verilən məlumata görə, bir müddət öncə COVID-19 virusuna yoluxaraq xüsusi karantin xəstəxanalarının birində müalicə almış, bu təhlükəli virusa qalib gəlib. Son yoxlanışda Əlipənah həkimin koronavirus testi neqativ çıxıb. Bundan sonra Əlipənah Qarayev  nəzarət üçün evdə saxlanılıb. Bir neçə il əvvəl kəskin ürək infarktı olmuş və açıq ürək əməliyyatı keçirmiş Əlipənah həkimin koronavirusa qalib gəlməsinə baxmayaraq, ötən axşam qəfil ürək tutmasından dünyasını dəyişib.