logo

Daha bir həkimimiz koronavirusun qurbanı oldu

09:57 04-07-2020 | icon 2093
Daha bir həkimimiz koronavirusun qurbanı oldu

Azərbaycanda daha bir həkim koronavirusdan vəfat edib.

YeniAvropa xəbər verir ki, Sumqayıt şəhər 2 saylı Doğum Evində anestezioloq, reanimatoloq vəzifəsində çalışan, eyni zamanda koronovirusla mübarizəyə cəlb olunan Fərman Süleymanov koronavirusun qurbanı olub.

Bu barədə mərhum həkimin yaxınları sosial şəbəkədə xəbər paylaşıblar.Qeyd olunub ki, 1971-ci il təvəllüdlü Fərman Süleymanov müalicə olunduğu Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında dünyasını dəyişib.