logo

Bakıdan rayonlara yenidən axın başladı

22:55 03-07-2020 | icon 2121
Bakıdan rayonlara yenidən axın başladı

Karantin rejiminin uzadılması, metronun və həftəsonları ictimai nəqliyyatın bağlanması qərarından sonra Bakıdan rayonlara yenidən axın başlayıb. 

 YeniAvropa xəbər verir ki, axşam saatlarından başlayaraq Bakıdan çıxış istiqamətlərində böyük tıxac müşahidə edilib. Xeyli sayda insan Bakıdan çıxaraq rayonlara getmək istəyib. Bu səbəbdən də Bakıdan çıxışda əsas nəzarət postu olan Ələtdə böyük tıxac yaranıb.

Xatırladaq ki, Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Kamran Əliyev KİV-ə açıqlamasında rayon qeydiyyatı olan, amma Bakıda işləyənlərin paytaxtdan çıxışına məhdudiyyət tətbiq ediləcəyini bildirmişdi.  Bu da əsasən məzuniyyətə çıxıb bölgələrə getmək istəyənlərə şamil edilir.