“Guya məni müdafiə edirsiniz” - Mənsimov onlara səsləndi
FETÖ terror təşkilatına üzv olmaqda ittiham olunan və bu səbəbdən həbs edilən azərbaycanlı iş adamı Mübariz Mənsimov ictimaiyyətə növbəti məktubunu ünvanlayıb.
YeniAvropa xəbər verir ki, "Palmali"nin prezidentinin "Facebook" səhifəsində yayılan məktubda bildirilir:"Mən hər gün vəkillərin vasitəsilə baş verənlərdən xəbərdar oluram. Baxıram ki, mənim son məktubum bəzi insanlar tərəfindən yanlış anlaşılıb. Bəziləri isə, bu məktubu istədikləri kimi görmək və şərh etmək istəyiblər. Mənim dostlarıma və məni tanıyan insanlara giley-güzarımı fərqli şəkildə təqdim edib, buna siyasi don geyindirməyə cəhd edənlərə üzümü tutub deyirəm:
Mən heç bir zaman siyasətçi olmamışam və olmaq niyyətim də yoxdur. Siz mənim məktublarımı alıb onlara istədiyiniz rəngi verirsiniz. Bu azmış kimi, bəziləri guya məni müdafiə edir, əslində isə, tam əksinə, məni hədəfə çevirirlər. Xaricdə yaşayan mühacir blogerlər: sizin məqsədiniz məni dövlətlə üz-üzə qoymaqdır? Əsla! Mən hər zaman dövlətimin və prezidentimin yanında olmuşam və bundan sonra da belə olacaq. Mənim məktubumu əlinizdə bayraq edib nalayiq söyüşlərlə, əsası olmayan çağırışlarla yayınlarınızdan guya Mübariz Mənsimovu müdafiə edirsiniz. Lakin bütün bunlar nə mənə, nə də mənim azadlıqda olmağımı istəyənlərə lazımdır.
Mən heç bir zaman xaricdə oturub əxlaqsız ifadələrlə, ana-bacı bilməyən, söyüşlərlə xalqın adından danışanları dəstəkləmədim və bundan sonra da dəstəkləmərəm. Mən açıq və aydın şəkildə hər şeyi izah edirəm: məktubuma siyasi rəng verərək məni öz alətinizə çevirib özünüzü reklam etməyin. Mən, Mübariz Mənsimov, iş adamıyam. Mənim duruşum da, baxışım da hər kəsə bəllidir. Mən, nə olursa olsun, Azərbaycan dövlətinə və dövlətçiliyinə zərrə qədər də xələl gətirməsini heç kimə müsaidə etmərəm. Azərbaycan mənim vətənimdir. Azərbaycanın inkişafı və rifahı, hər bir vətəndaş kimi, mənim də başımın ucalığıdır".
Payızda Azərbaycan ilə Ermənistanın baza prinsipləri üzrə razılığa gəlməsi ehtimalı var
QDİƏT-in turizm üzrə toplantısında “Bakı Bəyannaməsi” qəbul edilib
Astara sakinindən 51 kq narkotika götürülüb
COP29-a görə Vergi Məcəlləsinə dəyişiklik ediləcək
İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda iştirak edir
"EURO-2024"ü idarə edəcək hakimlər arasında Türkiyə təmsilçisi də var
Sabah Bakıda 29° isti olacaq
Azərbaycanda spirtli içkilərin illik istehsali 20 min dekalitr olacaq
Yevlaxda uşaq bağçasındakı qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
Azərbaycan Albaniya ilə viza rejimini aradan qaldırır
Azərbaycanla Türkiyə gəlirlərə görə ikiqat vergitutma aradan qaldırır
Azərbaycan-Ermənistan dövlət sərhəddinin dəqiqləşdirilməsinə başlanıldı
Milli Məclisdə 18 məsələ müzakirəyə çıxarılıb
3 ayda Azərbaycanda 1,8 ton narkotika dövriyyədən çıxarılıb
Goranboyda zəlzələ olub
Culfada “Chevrolet” “Tofaş”la toqquşub: 2 ölü, 2 yaralı var
Xankəndidə silah-sursat aşkarlanıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
Azərbaycan nefti 88,30 dollara satılır
Daha 39 ailə Füzuliyə köçürülüb
Faktiki hava:Bölgələırdə şimşək çaxıb,yağış və sulu qar yağıb
İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Çexiyaya rəsmi səfərə gedib
Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər
Faktiki hava: Oğuz və İsmayıllıya dolu düşüb