logo

İyulun 5-dən sonra maşın nömrələri üçün də icazə alınacaq

19:12 03-07-2020 | icon 2317
İyulun 5-dən sonra maşın nömrələri üçün də icazə alınacaq

“icaze.e-gov.az portalı vasitəsilə hər bir əməkdaşa icazə verildikdə onun istifadə etdiyi nəqliyyat vasitəsinə dair məlumat da daxil edilir. 8103 SMS icazə sistemində isə vətəndaşlar şəxsiyyət vəsiqələrinin seriya və nömrəsini yazmaqla icazə alırlar. İyulun 5-dən etibarən vətəndaşlar özləri üçün icazə alarkən istifadə edəcəkləri nəqliyyat vasitəsinin seriya nömrəsini də eyni SMS-lə 8103 qısa nömrəsinə göndərməlidirlər.

YeniAvropa xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 3-də keçirilən brifinqində söyləyib.

Agentliyin sədri bildirib ki, bununla bağlı videotəlimat hazırlanacaq və vətəndaşlar məlumatlandırılacaqlar.