logo

TƏBİB:"Payızadək koronavirusla mübarizədə müsbət irəliləyişlər olmasa..."

18:49 03-07-2020 | icon 2247
TƏBİB:"Payızadək koronavirusla mübarizədə müsbət irəliləyişlər olmasa..."

Payız-qış ayları respirator infeksiyaların yüksəliş mövsümü olur. Ekspertlər bu aylar üçün koronavirusla bağlı ciddi hazırlıq görməyi tövsiyə edirlər. COVID-19-la kliniki əlamətləri oxşar olan çoxlu respirator virus və atipik pnevmoniya törədən bakterial infeksiyalar var.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı məlumat verib.

Onun sözlərinə görə, payız aylarına doğru COVID-19-la mübarizədə müsbət irəliləyişlərə nail olunmasa, xəstəliyin diferensial diaqnostikası çətinləşə bilər və tibb müəssisələrinin üzərinə daha çox yük düşər :"Ona görə də hər kəs məsuliyyətli olmalıdır. Tibb müəssisələri də bu sahədə müvafiq tədbirlər görməlidirlər ki, lazım gəldiyi təqdirdə xəstəliklərin diaqnostikasını aparmaq mümkün olsun".