logo

Hazırda Xəstəxanalarda ağciyərlərində “buzlu şüşə” görünən 600-dən çox xəstə müalicə olunur

18:26 03-07-2020 | icon 2240
Hazırda Xəstəxanalarda ağciyərlərində “buzlu şüşə” görünən 600-dən çox xəstə müalicə olunur

Xəstəliyin daha irəli getmiş mərhələsində yuxarı tənəffüs yollarında virus aşkar olunmur. Virus daha çox aşağı tənəffüs yollarını – ağciyərləri əhatə edir. “Buzlu şüşə” dediyimiz görüntü ağciyər toxumasının zədələnməsini, orada fibroz toxumanın əmələ gəlməsini göstərir. Bu, çox təhlükəli mərhələdir. Hazırda tibb müəssisələrində müalicə alan 600-dən çox belə xəstə var. Biz onları COVID-19 xəstəliyi kimi qiymətləndirərək müalicəyə cəlb etmişik.

YeniAvropa xəbər verir ki, bu fikri Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı səsləndirib.

Onun sözlərinə görə, bunun səbəbi insanların xəstəliyi gecikdirməsi, evdə özünü müalicəyə cəhd etməsidir. "Xəstəlik gecikdiriləndə virus yuxarı tənəffüs yollarında aşkarlanmır, aşağı tənəffüs yollarında tomoqrafiya müayinəsi ilə aşkarlanır. Ümumiyyətlə, PSR testlərlə xəstəliyin aşkar olunması 70 faiz təşkil edir. 30 faiz hallarda bu, olmaya bilər. Ona görə testlər də klinik əlamətlərlə birlikdə dəyərləndirilir və tibb müəssisələri buna birgə nəzarət edirlər”, - deyə TƏBİB-in İdarə Heyətinin sədri bildirib.