logo

Azərbaycanda daha  583 nəfər  koronavirusa yoluxdu, 7 nəfər öldü

17:59 03-07-2020 | icon 2471
Azərbaycanda daha  583 nəfər  koronavirusa yoluxdu, 7 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 583 yoluxma faktı qeydə alınıb, 395 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda deyilir. Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 19 min 267 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 10 min 820 nəfər müalicə olunaraq sağalıb, 235 nəfər vəfat edib. Aktiv xəstə sayı 8212 nəfərdir.

Ötən müddət ərzində 502 min 965 test aparılıb. Bugünkü test sayı isə 7137-dir.