logo

Bakıda koronavirusa yoluxan şəxs mağazada saxlanıldı

17:17 03-07-2020 | icon 2359
Bakıda koronavirusa yoluxan şəxs mağazada saxlanıldı

COVID-19 infeksiyasına yoluxmuş bir vətəndaş paytaxtın Səbail rayonu ərazisində ictimai yerdə müəyyən olunaraq, yaşadığı ünvana yerləşdirilib və ona xəbərdarlıq edilib.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, rayonun Rəsul Rza küçəsində qeydiyyatda olan 1946-cı il təvəllüdlü̈ İsrafil Musayevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edildiyi müəyyənləşdirilib.

Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə İ.Musayev vətəndaşların intensiv hərəkət etdiyi mağazada aşkar olunub. COVID-19 infeksiyasının daşıyıcısı olan şəxslə profilaktik söhbətlər aparılıb. Onun bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə olduğu diqqətə çatdırılıb, qonşuluqda yaşayan vətəndaşlara onunla təmasda olmaması üçün tövsiyələr verilib. Polis əməkdaşları tərəfindən həmin ünvan üzrə ərazidə dezinfeksiya işlərinin aparılması təmin olunub.

Belə hərəkətlərdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması halları həyat və sağlamlıq üçün real təhlükə mənbəyidir. Bunu nəzərə alaraq, hər bir şəxs tətbiq olunan qaydalara, sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da buna çağırmalıdır.