Sabah “Planetlərin paradı” başlayır
İyulun 4-də Günəş sistemindəki bütün planetlər Günəşdən eyni istiqamətdə bir düz xətt boyunca sıraya düzüləcək. “Planetlərin paradı” adlanan bu düzülüş olduqca maraqlı və valehedici astronomik hadisədir.
YeniAvropa xəbər verir ki, bu barədə AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, “Planetlərin paradı” Günəş sistemində iki formada olur: kiçik planetlərin paradı - bu hadisə Günəş sistemindəki kiçik planetlərin, yəni Merkuri, Venera, Yer və Marsın iştirakı ilə baş verir və böyük planetlərin paradı - bu hadisə isə Uran, Saturn, Yupiter, Neptunun iştirakı ilə yaşanır. Lakin bəzən bu planetlərin hamısı bir düz xətt boyunca düzülür ki, bu, “Planetlərin tam paradı” adlanır.
Cırtdan planet kimi təsnif edilən Pluton, habelə Günəş sistemində olan 8 planetin hamısı iyulun 4-də bir düz xətt halında olacaq. Lakin iyul ayı boyunca davam edəcək planetlərin paradı tam şəkildə görünməyəcək. Belə ki, Uran, Neptun və Pluton çox uzaq olduqları üçün adi gözlə görünmürlər. Mars, Yupiter, Saturn gecə vaxtı, Venera səhər saatlarında görünəcək, Merkuri isə Günəşə yaxın olduğu üçün görünməyəcək.
Bu astronomik hadisə zamanı Günəşin özündə və planetlərdə qabarma qüvvəsi yarana bilər. Belə halda Günəşdə baş verən partlayışlarda artım və ya güclənmə müşahidə olunması mümkündür. Digər tərəfdən isə planetlərin özündə tektonik fəaliyyətlər yaşana bilər. Bununla belə, “Planetlərin paradı”nın bizim planetimiz və üzərindəki canlılara heç bir mənfi təsiri olmayacaq.
Xatırladaq ki, sonuncu dəfə bu nadir astronomik hadisə 1982-ci il martın 10-da baş verib. Həmin vaxt Günəş sistemindəki bütün planetlər ondan eyni tərəfdə, 95 dərəcə bucaqlı sektorda toplaşıb. Növbəti belə “Tam Planetlər Paradı”nın 2161 və 2492-ci ildə olacağı proqnozlaşdırılır.
Payızda Azərbaycan ilə Ermənistanın baza prinsipləri üzrə razılığa gəlməsi ehtimalı var
QDİƏT-in turizm üzrə toplantısında “Bakı Bəyannaməsi” qəbul edilib
Astara sakinindən 51 kq narkotika götürülüb
COP29-a görə Vergi Məcəlləsinə dəyişiklik ediləcək
İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda iştirak edir
"EURO-2024"ü idarə edəcək hakimlər arasında Türkiyə təmsilçisi də var
Sabah Bakıda 29° isti olacaq
Azərbaycanda spirtli içkilərin illik istehsali 20 min dekalitr olacaq
Yevlaxda uşaq bağçasındakı qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
Azərbaycan Albaniya ilə viza rejimini aradan qaldırır
Azərbaycanla Türkiyə gəlirlərə görə ikiqat vergitutma aradan qaldırır
Azərbaycan-Ermənistan dövlət sərhəddinin dəqiqləşdirilməsinə başlanıldı
Milli Məclisdə 18 məsələ müzakirəyə çıxarılıb
3 ayda Azərbaycanda 1,8 ton narkotika dövriyyədən çıxarılıb
Goranboyda zəlzələ olub
Culfada “Chevrolet” “Tofaş”la toqquşub: 2 ölü, 2 yaralı var
Xankəndidə silah-sursat aşkarlanıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
Azərbaycan nefti 88,30 dollara satılır
Daha 39 ailə Füzuliyə köçürülüb
Faktiki hava:Bölgələırdə şimşək çaxıb,yağış və sulu qar yağıb
İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Çexiyaya rəsmi səfərə gedib
Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər
Faktiki hava: Oğuz və İsmayıllıya dolu düşüb